Türkiyeyə humanitar dəstək fəaliyyətləri davam edir

Polşanın strateji ehtiyatlarından zəlzələnin vurduğu Türkiyeyə 3 yük maşını yeni dəstək...

1946547
Türkiyeyə humanitar dəstək fəaliyyətləri davam edir
Deprem Arama Kurtarma1.jpg
Türkmenistan Yardım 3.jpg

Polşanın strateji ehtiyatlarından zəlzələnin vurduğu Türkiyeyə 3 yük maşını yeni dəstək

Türkiyenin Varşavadakı səfiri Cengiz Kamil Fırat "əsrin fəlakəti" olaraq xarakterizə edilən, mərkəzi Kahramanmaraş olmaqla baş verən zəlzələlərdən sonra Polşanın göstərdiyi dəstək çərçivəsində strateji ehtiyatlardan bir yük maşını generator, adyal, qış çadırı və bəzi dərman vasitələri də daxil olmaqla ümumilikdə 3 TIR yardımın göndəriləcəyini bildirib.

Fevralın 6-da baş verən zəlzələdən sonra Polşanın Türkiyeyə göndərdiyi xilasetmə qrupunun 6 saat ərzində hazır olduğunu vurğulayan Fırat, daha sonra bu heyətə bir qrup mədənçinin də əlavə edildiyini söyləyib.

“Əsrin fəlakəti” olaraq adlandırılan zəlzələdən sonra İraq hökuməti də Türkiyeyə 30 min ton yüksək faizli kükürdlü mazut tədarük etmək qərarına gəlib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olson mərkəzi Kahramanmaraş olmaqla meydana gələn zəlzələlərlə bağlı keçirdiyi brifinqdə ABŞ hökumətinin zəlzələ bölgələrinə 85 milyon dollarlıq yardımdan əlavə özəl sektorun da 50 milyon dollardan çox yardım etdiyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel zəlzələlərlə bağlı Türkiyeyə dəstəyi davam etdirdiklərini bildirib. Axtarış-xilasetmə işləri ilə yanaşı su, qida və tibbi xidmət kimi vacib ehtiyac vasitələrinin tədarükünü davam etdirəcəklərini söyləyən V.Patel "Bu, dərindən bağlı olmağa davam edəcəyimiz bir məsələdir", deyə vurğulayıb.

NATO-nun İtaliyanın Neapol şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığından verilən açıqlamaya görə, ən azı 1000 konteynerdən ibarət olacaq və zəlzələ qurbanları üçün sığınacaq verəcək obyektlərin Türkiyeyə göndərilməsi üçün hazırlıqlara bir müddət əvvəl başlanılıb.

Konteynerlərin birinci hissəsi Türkiyeyə daşınması və “yarı daimi” yerləşdirmə obyektlərinin yaradılması üçün Birləşmiş Qüvvələr Komandanlığının koordinasiya etdiyi daşıma fəaliyyətləri çərçivəsində gələn həftə yola salınacaq.

Gürcüstandan olan 85 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyedə təbii fəlakət bölgəsinə çatmaq üçün yola düşüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidmətindən verilən yazılı açıqlamada sözügedən qrupun Adıyamanda fəaliyyət göstərəcəyi vurğulanıb.

Komandanın daha əvvəl Adıyamana göndərilən qrupu əvəzləyəcəyi bildirilən açıqlamada deyilib:

"Gürcüstandan yeni ezam olunmuş xilasetmə dəstəsi zəlzələdən sonra bərpa və xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə təlim keçmiş yanğınsöndürən-xilasetmə mütəxəssislərindən ibarətdir. Komanda həmçinin müasir cihazlar, PUA-lar, rabitə vasitəsi və bütün növ xüsusi xilasetmə vasitələri ilə təchiz olunub".

Səudiyyə Ərəbistanı Türkiye və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə 3000 konteyner evi göndərəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanındakı Kral Salman Humanitar Yardım Mərkəzinə bağlı Sahem Platforması vasitəsilə Türkiye və Suriyada zəlzələdən zərər insanlar üçün başladılan yardım kampaniyasında toplanan yardımın məbləği 355 milyon 192 min 630 riala (təxminən 94 milyon dollar) çatıb.

Kolumbiyada zəlzələ qurbanları üçün qablaşdırılan bağlamalar Türkiyəenin Boqotadakı səfirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı ilə Türk Hava Yollarının (THY) yük təyyarəsi ilə fəlakət bölgəsinə göndərilib.

Norveç hökuməti zəlzələdən zərər çəkənlər üçün təcili yardım təyyarəsi kimi istifadə edilən hərbi nəqliyyat təyyarəsini Türkiyeyə göndərib.

Norveçin zəlzələ qurbanlarına dəstəyi NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi tərəfindən Türkiye hakimiyyət orqanları ilə sıx əməkdaşlıq çərçivəsində koordinasiya edilib.

NATO-nun bəyanatına görə, Norveç tərəfindən göndərilən "C-130J Hercules" nəqliyyat təyyarəsi fevralın 13-də ilk tibbi evakuasiya uçuşunu həyata keçirib. Bu təyyarə ilə zəlzələlərdə yaralanan 28 nəfər Adanadan aparılaraq Ankaradakı xəstəxanalara çatdırılıb.

Bundan əlavə, Hollandiya və İngiltərədən gələn analoji təyyarələrin də Türkiyedə zəlzələdən zərərçəkənlərə dəstək üçün çalışdığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr