Hulusi Akar Akar Liviyanın xarici işlər naziri ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə görüşüb.

1946165
Hulusi Akar Akar Liviyanın xarici işlər naziri ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə görüşüb.

Episentri Kahramanmaraş olan zəlzələlərdən təsirlənən Hatay şəhərində zəlzələdən sonra başlayan axtarış-xilasetmə, həyat dəstəyi və sağlamlıq işləri davam edir.

Nazir Akar Hataydakı fəaliyyətlərdən sonra zəlzələ bölgəsini ziyarət edən Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə görüşüb.

Zəlzələ ilə əlaqədar keçmiş olsun diləklərini çatdıran əl-Menquş istənilən hər köməyə hazır olduqlarını bildirib.

Milli müdafiə naziri H.Akar da zəlzələ və sonrakı işlər haqqında məlumat verib və verdiyi dəstəyə görə Əl-Menquşa təşəkkür edib.

Xatırladaq ki, 6 fevralda Türkiyenin 10 vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub.



Әlaqәli Xәbәrlәr