Müğənni Maher Zain zəlzələdən zərərçəkənlərə yardım tədbirlərinə qatılıb

Livan əsilli isveçli müğənni Maher Zain Türkiyeyə gələrək zəlzələdən zərərçəkənlərə yardım tədbirlərinə qatılıb.

1945599
Müğənni Maher Zain zəlzələdən zərərçəkənlərə yardım tədbirlərinə qatılıb

Livan əsilli isveçli müğənni Maher Zain Türkiyeyə gələrək zəlzələdən zərərçəkənlərə yardım tədbirlərinə qatılıb.

Zəlzələnin ilk günündən demək olar ki, hər gün Türkiyeyə dəstək çağırışı edən müsəlman müğənni İngiltərədə fəaliyyət göstərən “Salam Charity” xeyriyyə təşkilatı ilə bölgədə yemək paylayıb.

Xeyriyyə fəaliyyətlərinin görüntülərini sosial media hesablarında paylaşan məşhur sənətçi "Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Kahramanmaraşa gəldik. Buradakı dağıntıları sizə çatdırmağa çalışıram, amma bunu kamerada göstərməyim qeyri-mümkündür. Burada etdiyimiz xırda işlərdir, amma mən bunu çox zəruri hesab edirəm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Sizin sayənizdə bu köməyi edə bilirik” ifadələrdən istifadə edib.

Şəhərin mərkəzində olduqlarını və bir çox binanın dağıldığını qeyd edən Zain "Bura böyük zəlzələnin episentridir. Yüz minlərlə insan evsiz qaldı. Bacardığımız qədər kömək etməliyik" deyib.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən və 10 vilayətdə təsirli olan 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyduqda, "əsrin fəlakəti" olaraq xarakterizə edilir.



Әlaqәli Xәbәrlәr