Zəlzələlərdə həyatını itirənlərin sayı 20 213 nəfərə çatıb

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərində baş verən  zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 20 213-ə yüksəlib.

1945073
Zəlzələlərdə həyatını itirənlərin sayı 20 213 nəfərə çatıb

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərində baş verən  zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 20 213-ə yüksəlib.
Bu barədə Türkiyenin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib. Hatayda açıqlama verən Fəxrəddin Koca zəlzələ nəticəsində həmçinin 80 min 52 adamın yaralandığını deyib.
Fəxrəddin Koca dağıntılar altından çıxarılan 20 min adamın ilkin tibbi müdaxilədən sonra hava, quru və dəniz yolu ilə başqa şəhərlərə göndərildiyini deyib.
Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin yaşandığı bölgələrdən digər şəhərlərə təxliyə edilənlərin sayı  86 754 nəfərə çatıb.
Dağılan binaların dağıntıları altında qalan vәtәndaşların xilas edilmәsi ilә әlaqәdar hәyata keçirilәn әmәliyyatlar fasilәsiz davam etdirilir.
Kilis vә Şanlıurfada axtarış-xilasetmә әmәliyyatların başa çatdırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr