Mövlud Çavuşoğlu bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Bir sıra ölkənin XİN rəhbəri Türkiyenin Kahramanmaraş şəhərində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayıb.

1945075

Məlumata əsasən, Mövlud Çavuşoğlu bu çərçivədə azərbaycanlı, türkmənistanlı və irlandiyalı həmkarları ilə telefon danışığı apararaq bölgədəki vəziyyəti müzakirə edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb.
Nazir Çavuşoğlu həmçinin İrlandiyanın xarici işlər və müdafiə naziri Maykl Martinlə də telefonla danışıb.
Tərəflər zəlzələnin yaşandığı bölgədəki vəziyyəti və edilən yardımları müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr