Türkiyedә zәlzәlә nәticәsindә ölәnlәrin sayı 18 mini keçib

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şәhәrindә baş verәn güclü zәlzәlәlәr nәticәsindә indiyәdәk hәyatını itirәnlәrin sayı 18 991 nәfәrә çatıb.

1944974
Türkiyedә zәlzәlә nәticәsindә ölәnlәrin sayı 18 mini keçib

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şәhәrindә baş verәn güclü zәlzәlәlәr nәticәsindә indiyәdәk hәyatını itirәnlәrin sayı 18 991 nәfәrә çatıb.

Zәlzәlәlәrin baş verdiyi şәhәrlәrә sәfәr etmәyә davam edәn Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan Adıyaman şәhәrindә verdiyi açıqlamada zәlzәlәlәr nәticәsindә hәyatını itirәnlәrin sayının 18 991 nәfәrә, xәsarәt alanların sayının isә 75 min 523-ә yüksәldiyini deyib.

Rәcәb Tayyib Әrdoğan zәlzәlәlәrdәn sonra 76 mindәn çox zәrәrçәkәnin başqa şәhәrlәrә tәxliyә edildiyini bildirib.

Dağılan binaların dağıntıları altında qalan vәtәndaşların xilas edilmәsi ilә әlaqәdar hәyata keçirilәn әmәliyyatlar fasilәsiz davam etdirilir.

Bölgәdә 6810-u xarici olmaqla 30306 xilasedici heyәt fәaliyyәt aparır.Ümumilikdә 121 min 128 xilasedicinin çalışdığı bildirilir.

Fövqәladә Hallar İdarәsi (AFAD), Ailә vә Sosial Xidmәtlәr Nazirliyi vә Qızıl Aypara Cәmiyyәti tәrәfindәn zәlzәlә nәticәsindә ciddi zәrәr görmüş 10 şәhәrә 137 973 çadır, 1 milyon 507 min 494 әdyal göndәrildi, 97973 çatır qurulub.

Kilis vә Şanlıurfada axtarış-xilasetmә әmәliyyatların başa çatdırıldığı, Diyarbәkir, Adana vә Osmaniyәdә dә böyük ölçüdә tamamlandığı bildirilib.



Әlaqәli Xәbәrlәr