Rəcəb Tayyib Ərdoğan Adıyamanda açıqlamalar verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraş şәhәrindә baş verәn güclü zәlzәlәlәrdәn sonra tәbii fәlakәtin yaşandığı bölgәlәrә sәfәr etmәyә davam edir.

1944993
Rəcəb Tayyib Ərdoğan Adıyamanda açıqlamalar verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraş şәhәrindә baş verәn güclü zәlzәlәlәrdәn sonra tәbii fәlakәtin yaşandığı bölgәlәrә sәfәr etmәyә davam edir. 
Rәcәb Tayyib Ərdoğan bu çәrçivәdә bu gün Adıyaman şәhәrinә sәfәr edib.
Şəhərdəki axtarış-xilasetmə әmәliyyatları  və yardımlarla bağlı məlumat alan Türkiye Prezidenti Adıyaman Universiteti Stadionunda qurulan çadır şəhərciyində açıqlamalar verib.
Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan Adıyaman şәhәrindә verdiyi açıqlamada zәlzәlәlәr nәticәsindә hәyatını itirәnlәrin sayının 18 991 nәfәrә, xәsarәt alanların sayının isә 75 min 523-ә yüksәldiyini deyib.

Rәcәb Tayyib Әrdoğan bu prosesin Türkiyədəki bütün rəsmi və mülki axtarış-xilasetmə qrupları və dünyanın hər yerindən gələn bütün xilasedici heyәtlәrlә davam etdiyini bildirib.

Dağılan binaları bir il ərzində yenidən tikib sahiblərinə təhvil verəcəklərini bildirən Ərdoğan çadırda qalmaq istəməyən vətəndaşların bir illik mənzil kirayə haqqının dövlət tərəfindən ödəniləcəyini qeyd edib. 
Prezident Ərdoğan zəlzələnin yaşandığı bölgə başda olmaqla ölkәnin yenidәn inkişaf etmәsini tәmin edәcәk әhatәli proqram hazırladıqlarını söyləyib.
Ərdoğan fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Kahramanmaraş, Hatay, Adana, Qaziantep, Osmaniye və Kilisә də sәfәr edib.



Әlaqәli Xәbәrlәr