Gürcüstan Türkiyeyə daha 40 nəfərdən ibarət xilasedici heyət göndərib

Gürcüstan Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyeyə daha 40 nəfərdən ibarət xilasedici heyət göndərib.

1944048

Gürcüstan Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarəsindən  verilən açıqlamada daha bir axtarış-xilasetmə dəstəsinin Türkiyeyə göndərildiyi bildirilib.
Açıqlamada xilasedici dəstənin Adıyamanda çalışan 60 nəfərdən ibarət ilk heyətlə birlikdə axtarış-xilasetmə əməliyyatlarına davam edəcəyi bildirilib.
Gürcüstan prezidenti Salome Zurabişvili Türkiyedə baş verən zəlzələlərdə həyatını itirənlərlə əlaqədar başsağlığı vermək üçün Türkiyenin Gürcüstandakı səfirliyini ziyarət edib və buradakı başsağlığı kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Gürcüstan parlamentində keçirilən sessiyada Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sessiyanın açılışında çıxış edən parlamentin sədri Şalva Papuaşvili Türkiyedə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə parlamentdə yardım kampaniyasının başladıldığını  açıqlayıb.
"Biz bütün deputatları bu xeyriyyə tədbirində iştirak etməyə dəvət edirik", - deyə Şalva Papuaşvili bildirib.

Әlaqәli Xәbәrlәr