Bir sıra ölkələr zəlzələ ilə əlaqədar Türkiyeyə xilasedici heyət göndərməyə davam edir

Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.

1943674
Bir sıra ölkələr zəlzələ ilə əlaqədar Türkiyeyə xilasedici heyət göndərməyə davam edir

Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
Bu çərçivədə Türkiyəyə ilk xilasedici heyəti göndərən ölkə Azərbaycan oldu. Azərbaycan axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyeyə 420 nəfərdən ibarət xilasedici heyət göndərib.
Amerika Birləşmiş Ştatları Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dağıntılar altında qalanların xilas edilməsinə dəstək olmaq üçün Türkiyeyə 161, Meksika 145 və Salvador 100 nəfərdən çox xilasedici heyət göndərəcəyini bildirib.

Avropa İttifaqı Komissiyası Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində göndərilən heyətlərlə bağlı məlumatları yeniləyib. 

Bu çərçivədə Avropa İttifaqına üzv 20 ölkə indiyə qədər 29 axtarış-xilasetmə dəstəsi və 5 tibbi qrup göndərmək üçün hərəkətə keçib. Bu qrupların ümumilikdə 1485 nəfərdən ibarət olduğu bildirilib. Avropa İttifaqı həmçinin 100 xüsusi təlimli it də göndərib. 

İngiltərə də zəlzələlərlə əlaqədar Türkiyeyə beynəlxalq humanitar yardım əməliyyatına dəstək olmaq üçün 77 nəfərdən ibarət xilasedici heyət ilə xüsusi təlimli itlər göndərdiyini bildirib.
Yunanıstan 21 yanğınsöndürən və İspaniya 90 nəfərdən ibarən xilasedici heyət göndərəcəyini açıqlayıb.
Beynəlxalq humanitar yardım əməliyyatına dəstək olmaq üçün Fransa 139, Avstriya 105, İsveçrə 80, Malta 32, Bolqarıstan 59, Kosovo 30, Macarıstan 101, Xorvatiya 40, Bosniya və Herseqovina 17, Serbiya 27, Albaniya 53 nəfərdən ibarət xilasedici heyət göndərib.
NATO İsveç və Finlandiya da daxil olmaqla alyansın  20-dən çox müttəfiqi və tərəfdaşının 1400-dən çox axtarış-xilasetmə dəstələrini səfərbər etdiyini açıqlayıb.
Rusiya axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün 147, Moldova 55, Polşa 76, Çexiya 68, Qazaxıstandan 41, Gürcüstandan 60, Küveyt 45 və Tunis 41, Ukrayna 87 nəfərdən ibarət xilasedici heyət göndərdiyini bildirib.
Çin avtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün 82 nəfərdən ibarət xilasedici heyət və xüsusi təlimli itlər göndərib.
İran 10, Yaponiya 18, Malayziya 75, Hindistan və Pakistan 50, Tayvandan 44, Cənubi Koreya isə təxminən 110 nəfərdən ibarət  xilasedici heyət  göndərməyi planlaşdırdığını açıqladı.
Şimali Kıbrıs Türk Cümhuriyyəti zəlzələlər səbəbindən dağıntılar altında qalanların xilas edilməsi üçün 200 nəfərdən ibarət xilasedici heyət göndərdiyini açıqlayıb.
İsrailin göndərəcəyi iki təyyarədən biri 167 xilasedici ilə Adanaya hava limanına eniş edib. Məlumata əsasən, Livan  72, Liviya isə 55 nəfərdən ibarət xilasedici dəstə göndərib.
Bu ölkələr həmçinin çox sayda xüsusi təlimli itlər göndərib.
Bu arada İran zəlzələdən zərər çəkmiş bölgələrə dəstək olmaq üçün Türkiyeyə çadır və ərzaq bağlamaları daşıyan təyyarə göndərib. 
İtaliyanın Mülki Müdafiə və Dəniz Siyasətləri naziri Nello Musumeci Türkiyeyə səhra xəstəxanası və  bir gəminin göndəriləcəyini bildirib.
Venesuela da Türkiye və Suriyaya 50 nəfərdən ibarət xilasedici heyət, dərman və ərzaq göndərəcəyini açıqlayıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) zəlzələdən zərər çəkmiş bölgələrə 50 milyon dollar məbləğində dəstək verməyə qərar verdiyini bildirib. Kanada Türkiye və Suriyadakı zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün 10 milyon dollar vəsait ayıracağını açıqlayıb.
Azərbaycan axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyeyə daha 227 nəfərdən ibarət xilasedici heyət göndərib.
Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Türkiyedəki axtarış-xilasetmə işlərinə dəstək vermək üçün ekspert qrupu göndərəcəyini açıqlayıb.
Qırğızıstanın Türkiyeyə göndərdiyi 67 nəfərdən ibarət xilasedici heyəti Kahramanmaraşa çatıb.

Monqolustan da humanitar yardım daşıyan təyyarə, həmçinin 35 xilasedici  və tibb işçilərindən ibarət  heyəti Türkiyeyə göndərib.
Türkiye və Suriyaya yardım daşıyan 2 təyyarə göndərdiyini bildirən Pakistan daha çox yardım göndəriləcəyini də açıqlayıb.
Oman Türkiye və Suriyaya hava yardımı dəhlizinin yaradıldığını və bu dəhlizlər vasitəsilə  humanitar yardım və tibbi ləvazimatlar göndərildiyini bildirib.

Ermənistan da 57 nəfərdən ibarət axtarış-xilasetmə dəstəsini Türkiyeyə göndərib.
Belçika isə zəlzələlərdən zərər çəkmiş bölgəyə gündə 100-dən çox xəstənin müalicə edilə biləcəyi sahə xəstəxanası göndərəcək.



Әlaqәli Xәbәrlәr