Türkiyedə 7.7 bal gücündə zəlzələ olub

Kahramanmaraş vilayətinin Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdə yayılan son məlumata görə, 912 nəfər həyatını itirib, 5385 mindən çox nəfər yaralanıb.(YENİLƏNİB)

1942167
Türkiyedə 7.7 bal gücündə zəlzələ olub
deprem
deprem
deprem
deprem

Kahramanmaraş vilayətinin Pazarcık rayonunda baş verən 7.7 bal gücündə zəlzələdə yayılan son məlumata görə, 912 nəfər həyatını itirib, 5385 mindən çox nəfər yaralanıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasında "76 vətəndaşımız həyatını itirib, 440 vətəndaşımız isə yaralanıb. Kahramanmaraşda Türkiye vaxtı ilə saat 04:17-də 7 kilometr dərinlikdə zəlzələ olub" deyilib.

AFAD ayrıca zəlzələnin gücünü 7.7 bal olaraq yeniləyib.

Zəlzələ 10-dan çox şəhərdə hiss olunub.

Fəlakətdən sonra beynəlxalq yardım da daxil olmaqla 4-cü səviyyəli xəbərdarlığa başlanılıb.

Dağılmış binaların yerləşdiyi ərazilərdə axtarış-xilasetmə işlərinə başlanılıb. Qruplar sahədə işlərini davam etdirir.

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən sonda tviter hesabından etdiyi paylaşımda "Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun" deyib. 

Vitse-prezident Fuat Oktay və bəzi nazirlər zəlzələdən sonra AFAD Koordinasiya Mərkəzində işləri koordinasiya edir.



Әlaqәli Xәbәrlәr