Mustafa Şentop Avropada türk, islam və müsəlman düşmənçiliyinə münasibət bildirib

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Anadolu Agentliyinin (AA) Redaksiyasında qonaq olaraq, gündəmlə bağlı sualları cavablandırıb.

1941192
Mustafa Şentop Avropada türk, islam və müsəlman düşmənçiliyinə münasibət bildirib

Avropada türk, islam və müsəlman düşmənçiliyinə ciddi meylin olduğunu görürük və dövlətlər bu yanaşmaların əleyhinə olmaq əvəzinə zəmin yaradırlar”. 

Bunu Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Anadolu Agentliyinin (AA) Redaksiyasında qonaq olaraq, gündəmlə bağlı sualları cavablandırarkən deyib. 

M.Şentop İsveçdə Quranın yandırılması ilə bağlı deyib:

"Qurana qarşı edilən hörmətsizliyi və hücumu təkcə müsəlmanlar deyil, heç kim təqdir etməməlidir. Bütün müqəddəs kitablara bu şəkildə hörmət edilməsini arzu edirik. Müqəddəs kitablara göstərilən hörmətsizlik qəbuledilməzdir. Etiraz edə və tənqid edə bilərsiniz, amma kitab yandırmaq bizə inkvizisiya dövrünü və Hitler dövrünü xatırladan primitiv davranış və yanaşmadır. Burada məsələ insanın bu işi görməsində deyil, İsveçin də bu şəxsin etirazı üçün imkan yaratmasıdırb. Bilirsiniz bu şəxs orada polisin himayəsi altında bu işi görüb. Bu  bir cinayətə iştirakdır, İsveç dövlətinin cinayətə ortaq olmasıdır. 
Daha sonra bunu “söz azadlığı” kimi əsaslandırma ilə izah etməyə çalışdılar. Bir neçə gün sonra məlum oldu ki, bu da ikili standartlara görə səhvdir. Quranın yandırılmasını mühafizə altına alan polis bu dəfə Tövratın yandırılmasının qarşısını almaq üçün tədbir görüb. Biz bu ikili standartı çox aydın şəkildə görmüşük. Avropada türk, islam, müsəlman düşmənçiliyinə ciddi meylin olduğunu görürük və dövlətlər bu yanaşmalara etiraz etmək əvəzinə zəmin yaradırlar”.

Bütün Avropa ölkələri tərəfindən qəbul edilən terror təşkilatının İsveçin paytaxtında əlini sıxaraq aksiya keçirə biləcəyini deyən Mustafa Şentop "İsveç parlamentinin sədri ilə dəfələrlə danışmışıq ki, niyə NATO-ya üzv olmaq istəyirsiniz, ölkənizin təhlükəsizliyini daha da gücləndirmək istəyirsiniz. Bütün NATO üzvləri, Türkiye əslində bu səbəbdən NATO-dadır. Yaxşı, biz Türkiye olaraq həmin səbəbdvn alyansdayıq. Təhlükəsizliyimizi gücləndirəcək bir təşkilata, təhlükəsizliyimizi zəiflədəcək, təhlükəsizliyimizi sarsıdacaq başqa bir dövlətin girməsini niyə qəbul etməliyik? Bizim etdiyimiz tamamilə məntiqsiz bir şey olur o zaman" deyib. 

M.Şentop İsveçdən terror təşkilatının oradakı fəaliyyətlərinin qarşısını almasını və terrorla əlaqəsi olan şəxsləri təhvil verməsini gözlədiklərini, Türkiyenin bu addımları görmədən İsveçin nə edəcəyinə inanmasının mümkün olmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr