Prezident Ərdoğan Biləcik şəhərində gənclərlə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Biləcik şəhərində gənclərlə görüşündə bir sıra ölkələrlə münasibətlərə toxunub.

1939257
Prezident Ərdoğan Biləcik şəhərində gənclərlə görüşüb

"Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Biləcik şəhərində gənclərlə görüşündə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı danışarkən deyib. 

Dövlət başçısı İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinə də münasibət bildirərək deyib ki, İsveçə dedik ki, bu terrorçuları bizə qaytaracaqsınız ki, NATO-ya üzv olasınız. Əgər bu terrorçuları bizə təhvil verməsəniz, sizə 120 nəfərlik siyahı vermişik, bizi qınamayın. Konstitusiyaya dəyişikliyi etdik deyib özlərini ələ salırlar. Lazım gələrsə Finlandiya haqqında fərqli qərara gələ bilərik. Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək. Lakin Finlandiya eyni səhvə yol verməməlidir”.

Rusiya-Türkiye münasibətlərinə də toxunan Ərdoğan sözlərini belə davam etdirib:

"Rusiya ilə münasibətlərimizdə bizim qarşılıqlı hörmətimiz, inamımız var. Cənab Putinlə münasibətlərim isə dürüstlüyə əsaslanır. Tatarıstandan Dağıstana və bütün o bölgələrlə bağlı bizim müraciətlərimizə uyğun cavab var.

Hazırda Suriyanın şimalında baş verən proseslərlə əlaqədar hər nə qədər istədiyimiz nəticəni əldə edə bilməsək də, Rusiya, Türkiyə, Suriya olaraq üçtərəfli formatda görüşlərin keçirilməsini müzakirə edirik. Hətta İranı da buraya daxil edə bilərik. Bölgə hazırda yaşadığı problemləri yaşamasın. Biz regionumuzda sakitliyin bərpa olmasını istəyirik”,

Prezident Ərdoğan Azərbaycanla münasibətlərə də toxunaraq deyib: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”.

Dövlət başçısı qeyd edib ki, Türkiye Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır və əlaqələri gələcəkdə də davam etdirəcək.

Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur.

“Başda Azərbaycan olmaqla heç bir ölkəni heç bir zaman tək qoymamışıq, tək qoymayacağıq”, - dövlət başçısı vurğulayıb. 

Ərdoğan deyib ki, Ankara təkcə türkdilli ölkələr deyil, cənubdakı Liviya ilə əlaqələrdə də dinclik üçün əlindən gələni edir.



Әlaqәli Xәbәrlәr