Niderlandda Qurani-Kərimə qarşı təhqiramiz hərəkətə reaksiyalar davam edir

Prezident administrasiyasının sözçüsü İbrahim Kalın Hollandiyanın Haaqa şəhərində Quranı- kərimə qarşı faşist hərəkətə sərt reaksiya verib.

1937229
Niderlandda Qurani-Kərimə qarşı təhqiramiz hərəkətə reaksiyalar davam edir

Kalın sosial media hesabındakı açıqlamasında: “İsveçdən sonra Niderlanda müqəddəs kitabımız Quranı –kərimə qarşı sərgilənən təhqiramiz hərəkəti şiddətlə qınayırıq. Qaranlıq nəfəsinizlə Allahın nurunu söndürə bilməzsiniz. Heç kim bu faşist nifrət cinayətini azadlıq və tolerantlıq kimi müdafiə edə bilməz. Avropa Bu qaranlıq tendensiyanın qarşısını almaq məcburiyyətindədir.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik də sosial media hesabında paylaşdığı açıqlamasında hücumu lənətləyib.

Çəlik: “Hollandiya hakimiyyəti bu faşist hücuma qarşı konkret mövqe nümayiş etdirməlidir. Belə hadisələr bütün Avropa demokratiyaları üçün təhlükədir. Dinlərə və bəşəri dəyərlərə yönəlik təhdidlərin qarşısını ala bilmək üçün Faşistlərin əleyhinə birgə mübarizə vacibdir”-deyə Ömər Çelik vurğulayıb.



Әlaqәli Xәbәrlәr