Şırnak vilayəti ərazilərində kənd mühafizəçisi şəhid olub

Türkiyenin Şırnak vilayəti ərazilərində həyata keçirilən "Eren Abluka Payız Qış-23" şəhid jandarma Yunus Çələbi əməliyyatı əsnasında kənd mühafizəçisi Nimət Encü şəhid olub.

1936288
Şırnak vilayəti ərazilərində kənd mühafizəçisi şəhid olub

Türkiyenin Şırnak vilayəti ərazilərində həyata keçirilən "Eren Abluka Payız Qış-23" şəhid jandarma Yunus Çələbi əməliyyatı əsnasında kənd mühafizəçisi Nimət Encü şəhid olub.

Daxili İşlər naziri Süleyman Soylu sosial media hesabından paylaşım edərək Encünün şəhid olması xəbərini açıqlayıb.

S.Soylu paylaşımında "Bu gün şəhidliyə bir qəhrəman getdi. O, əfsanə idi. Onun əfsanəsi, cəsarəti, ürəyi, sədaqəti... Qəhrəmanımızı əməliyat zamanı şəhid verdik. Rəbbim rəhmət eləsin. Ruhun şad, məkanın cənnət olsun" ifadələrdən istifadə edib.

Daxili işlər naziri Süleyman Soylu Antalyada verdiyi açıqlamada isə yanvarın günündən bəri davam edən əməliyyatda 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Şırnak şəhəri ərazilərində “Eren Abluka Payız-Qış-23 Şəhid Jandarma yüzbaşı Yunus Çələbi əməliyyatı” çərçivəsində 5 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada əməliyyatın Şırnak vilayətinin Bestler Dereler Giresumunu dağı bölgəsində Jandarma-SİHA, "Atak" hücum helikopterləri və Hərbi Hava Qüvvələrinin dəstəklədiyi jandarma komando və mühafizə qruplarının iştirakı ilə həyata keçirildiyi bildirilib. 

Açıqlamada davam edən əməliyyat çərçivəsində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr