“Belə gedərsə, İsveç NATO-ya qəbul edilməyəcək”, N.Kurtulmuş

Samsunda mətbuat nümayəndələri ilə görüşündə N.Kurtulmuş sözügedən mövzu ilə bağlı deyib...

1936221
“Belə gedərsə, İsveç NATO-ya qəbul edilməyəcək”, N.Kurtulmuş

 

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, professor Numan Kurtulmuş təxribatlara yol verən İsveçin bu cür davam edəcəyi təqdirdə Türkiyə tərəfindən heç vaxt NATO-ya qəbul edilməyəcəyini söylədi.

  Samsunda mətbuat nümayəndələri ilə görüşündə N.Kurtulmuş sözügedən mövzu ilə bağlı deyib: “Avropada artan irqçilik Avropa üçün təhlükə zəngləri çalır.

  Ötən həftə prezident Rəcəb Tayyib Ərdoğanın maketini təhqir edənlərə cavab vermədik. Bundan dərhal sonra faşist, irqçi, ksenofob və islamofob siyasətçi Quranı yandıraraq nümayiş keçirdi. Tarix boyu İslama və müsəlmanlara hücum edənlər həmişə olub və onların hamısı tarix səhnəsindən silinib.

  Belə faşistlərə yol açınca, İsveç ən böyük zərəri Avropa xalqlarına vurmuş olacaq.

  İsveç hökuməti separatçı terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatlarına icazə verir. Belə davam edərsə, İsveçin NATO-ya daxil olması məsələsi Türkiyə tərəfindən heç vaxt təsdiqlənməyəcək. Terrora dəstək verməkdən vaz keçin”.

 



Әlaqәli Xәbәrlәr