Türkiye Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Tripolidə görüşlər keçirir

Türkiye Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Liviyanın paytaxtı Tripolidə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe və Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə görüşüb.

1934268

Liviya Baş Nazirliyinin rəsmi "Facebook" səhifəsindən edilən paylaşımda "Baş nazir Əbdülhəmid Dibeybe Türkiye Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanı Baş Nazirlikdə qəbul edib. İclasda ortaq regional və beynəlxalq sənədlər müzakirə edilib" deyilib.

Qeyd olunub ki, görüşdə Liviyanın xarici işlər naziri Necla əl-Menquş, dövlət naziri Adil Cuma, rabitə və siyasi işlər naziri Vəlid əl-Lafi də iştirak edib.

MİT-in rəhbəri H.Fidan Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə də görüşüb.

Prezident Şurasının Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, görüşdə Liviya Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn əl-Aib və Türkiyenin Tripoli səfiri Kənan Yılmazın da iştirak etdiyi bildirilib. Bəyanatda görüşün məzmunu ilə bağlı təfərrüatlar verilməyib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns də yanvarın 13-də Liviyanın paytaxtı Tripoliyə səfər edib və Baş nazir Dibeybe ilə görüşüb.

Әlaqәli Xәbәrlәr