Hulusi Akar İsveç müdafiə nazirinin ehtimal olunan səfəri barədə açıqlama verib

Milli müdafiə naziri Hulusi Akar İsveçin müdafiə naziri Pal Consonun Türkiyeyə ehtimal olunan səfəri ilə bağlı Türkiye Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandırıb.

1934669
Hulusi Akar İsveç müdafiə nazirinin ehtimal olunan səfəri barədə açıqlama verib

“Planlaşdırma var, prosesi izləyirik, atılacaq addımlara görə müəyyən olacaq”. 

Bunu milli müdafiə naziri Hulusi Akar İsveçin müdafiə naziri Pal Consonun Türkiyeyə ehtimal olunan səfəri ilə bağlı Türkiye Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Türkiyenin NATO-nun açıq qapı siyasətini dəstəklədiyini ifadə edən Akar iyun ayında İspaniyanın paytaxtı Madriddə imzalanan memorandumu xatırladıb.

“Biz gözləyirik ki, İsveç və Finlandiya memorandumda öz öhdəliklərini yaxın zamanda yerinə yetirəcəklər”, deyə Hulusi Akar qeyd edib. 

H.Akar həmçinin bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu F-16 qırıcılarının tədarükü ilə bağlı Amerika Birləşmiş Ştatlarında (ABŞ) həmkarı ilə görüşəcək:

"Gəldiyimiz nöqtədə məsələnin müsbət irəlilədiyini izləyirik. Lazımi məlumatları alırıq. ABŞ-ın müdafiə naziri ilə sıx əməkdaşlığımız davam edir. Heyətlərarası və ikitərəfli görüşlərdə də ifadə etdik ki, yaxın zamanda müsbət və konkret nəticələr gözləyirik. Bu istiqamətdə irəliləyirik. Bəzi məhdudiyyətlər var idi. Onları da aradan qaldırdılar. Onsuz da bizim məhdud mübadilələri qəbul etməyimiz mümkün deyil".

Nazir H.Akar İngiltərənin paytaxtı Londonda keçirdiyi təmaslarla bağlı suala isə belə cavab verib:

"Müsbət və konstruktiv ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirdik. Müdafiə sənayesi, hərbi təlim sahəsində əməkdaşlıq və bir çox digər sahələrdə əməkdaşlıq üzərində işimizi davam etdiririk. Oradan da müsbət nəticələr gözləyirik".



Әlaqәli Xәbәrlәr