Fahrettin Altun beynəlxalq media qurumlarını Türkiye adından düzgün istifadə etməyə çağırıb.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun beynəlxalq media qurumlarını Türkiye adını düzgün istifadə etməyə çağırıb.

1934022

Fahrettin Altun paytaxt Ankarada keçirilən "Türkiye kitabı" tanıtım və "Türkiyenin yeni əsrində Türkiye' proqramında iştirak edib.

Altun Türkiyenin dünyanın heyrətləndiyi və hər sahədə maraq göstərdiyi bir cazibə mərkəzinə çevrildiyini bildirib.

"Türkiye kitabı"nın son dərəcə əhatəli məlumatları ehtiva edən əhəmiyyətli əsər olduğunu vurğulayan Altun deyib:

"Bu, Türkiyenin marka dəyərinə töhfə verəcəyinə inandığımız bir araşdırmadır. Kitab Türkiyeyə qarşı dezinformasiya və sistematik qarayaxma kampaniyaları ilə mübarizədə də son dərəcə əhəmiyyətli istinad mənbəyi olacaq.

Beynəlxalq media qurumlarını Türkiye adının düzgün istifadəsinə çağıran F.Altun Türkiye markasının daha da gücləndirilməsinin ən mühüm hədəf olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr