"ABŞ Türkiye ilə Yunanıstan arasında üstünlük verdiyi balansı pozmağa başladı", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiye ilə Yunanıstan arasında üstünlük verdiyi balansı pozmağa başladığını bildirib.

1933258
"ABŞ Türkiye ilə Yunanıstan arasında üstünlük verdiyi balansı pozmağa başladı", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiye ilə Yunanıstan arasında üstünlük verdiyi balansı pozmağa başladığını bildirib.

Çavuşoğlu Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Bisera Turkoviçlə paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib: "Yanvarın 18-də Vaşinqtonda amerikalı həmkarım Antoni Blinkenlə Strateji Mexanizmlər Görüşünün ikinci nazirlər səviyyəsində iclasını keçirəcəyik. Görüşdə gündəmdə olan məsələləri müzakirə edəcəyik".

Türkiyeyə F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı hərbi danışıqların yekunlaşdığını vurğulayan Çavuşoğlu məsələnin ABŞ Konqresində rahat təsdiq edilməsini gözlədiklərini bildirib.

Mövlud Çavuşoğlu deyib ki, bütün səviyyələrdə razılaşmalar əldə olunub, lakin biz heç bir ölkədən şərti olaraq məhsul almaq istəmirik. Bu fikirləri əvvəllər də dilə gətirmişik.

Çavuşoğlu mətbuatda yer alan “ABŞ tərəfindən Yunanıstana F-35 döyüş təyyarələri veriləcək” xəbərinə də toxunaraq deyib:

"Türkiye ilə Yunanıstan arasında münasibətlərdə tarazlıq pozulmağa başladı. ABŞ-ın tarazlıq siyasəti var idi. Kıbrısın (Kipr) da türk və rum hissələri arasında tarazlıq pozulmağa başladı. ABŞ kimi müttəfiq bir ölkə bu balanslara diqqət yetirməlidir". 

Xin rəhbəri Çavuşoğlu kimin hansı tərəfə silah satması ilə maraqlanmadıqlarını vurğulayaraq onu da deyib ki, bizim üçün önəmli olan gücümüz nə qədər olduğu, nə etdiyimiz, maraqlarımız üçün atdığımız addımlardır. Bizim üçün vacib olan budur.



Әlaqәli Xәbәrlәr