Türkiye rəsmiləri Stokholmda törədilən terror aktına sərt reaksiya göstərdi

Vitse-prezident Fuat Oktay terror təşkilatı PKK/YPG-nin İsveçin paytaxtı Stokholmda törətdiyi təxribatlarla bağlı açıqlama verib.

1932032
Türkiye rəsmiləri Stokholmda törədilən terror aktına sərt reaksiya göstərdi

Vitse-prezident Fuat Oktay terror təşkilatı PKK/YPG-nin İsveçin paytaxtı Stokholmda törətdiyi təxribatlarla bağlı açıqlama verib.

F.Oktay “Biz gözləyirik ki, İsveç NATO üzvlüyünün bir hissəsi kimi verdiyi vədlərə əməl etsin və bu cür cəhdlərə icazə verməsin” deyib.

Fuat Oktay sosial media hesabından verdiyi açıqlamada Stokholmda tarixi bələdiyyə binası qarşısında toplaşan terror təşkilatı YPG/PKK tərəfdarlarının prezident Rəcəb Tayyib Ərdoğana oxşadılan kukla asmasına reaksiya verib.

İsveçdə terror təşkilatı üzvlərinin Türkiyeni və prezident Ərdoğanı hədəf alan nümayişini qınadıqlarını bildirən Oktay deyib:

"Biz İsveçin NATO-ya üzvlük təşəbbüsləri çərçivəsində verdiyi vədlərə əməl etmələrini və bu cür cəhdlərə icazə verməməsini gözləyirik. Bu hadisələr Türkiyenin haqlı narahatlığını dünya ictimaiyyətinə bir daha göstərdi. Heç bir demokratik hüquqi dövlətin bu cür qeyri-qanuni nümayişlərə göz yummasını gözləmək olmaz.  Biz onlardan bu qəbuledilməz hərəkətləri törədən terrorçu qruplar və onların tərəfdarları haqqında dərhal qanuni addımlar atmalarını gözləyirik”.

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop da İsveçdəki təxribatdan danışıb:

"Demokratiya üçün açıq təhdid olan bu mənfur terror aktına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir".

Şentop qalmaqala reaksiya vermək üçün İsveç parlamentinin sədri Andreas Norlenin yanvarın 17-də Türkiyeyə etməsi planlaşdırılan rəsmi səfərini də ləğv edib.

Təxribatla əlaqədar ədliyyə naziri Bəkir Bozdağ isə deyib ki, bu, türk millətinə qarşı hücumdur. İsveç hökumətini bu terror aktına icazə verdiyinə görə qınayıram".

Daxili işlər naziri Süleyman Soylu isə qalmaqalla bağlı sosial media hesabından etdiyi paylaşımda "Terror təşkilatları zəhərli ilan kimidir, eyni çuvalın içinə girən adamı sancırlar. Dünyadakı terror təşkilatlarını diz çökdürəcəyik deyəndə bunu nəzərdə tuturduq. Onlar öyrəşəcəklər. Rəcəb Tayyib Ərdoğan dünya gerçəyidir” deyib.

Prezidentin sözçüsü İbrahim Kalın da "Stokholmda prezidentimizə qarşı törədilən iyrənc və mənfur hərəkəti ən sərt şəkildə qınayırıq”, - deyə  paylaşım edib.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun da “İsveçdə Türkiyeni və demokratik yolla seçilmiş prezidenti hədəf alan PKK terror təşkilatı üzvlərini ən sərt şəkildə qınayırıq” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr