"Afrika qitəsinə daha çox taxıl və gübrə göndərilməlidir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor ilə Pretoriyada nazirlikdə birgə mətbuat konfransı keçirib.

1930674
"Afrika qitəsinə daha çox taxıl və gübrə göndərilməlidir", M.Çavuşoğlu

"Afrika qitəsinə daha çox taxıl və gübrə göndərilməlidir".

Bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor ilə Pretoriyada nazirlikdə keçirilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu Pandor ilə ikitərəfli və beynəlxalq mövzularda ətraflı danışıqlar apardıqlarını, infrastruktur və enerji layihələrindəki imkanları dəyərləndirdiklərini bildirərək, müvafiq qurumlar arasında Elmi-Texnoloji Əməkdaşlıq Anlaşma Memorandumu imzalandığını bildirib.

Regional və qlobal mövzularda da fikir mübadiləsi aparıldıqlarını deyən Çavuşoğlu Türkiyenin Afrikaya yanaşmasının bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət və qazan-qazan strategiyası üzərində qurulduğunu vurğulayıb.

Ukrayna ilə bağlı sualları cavablandıran Çavuşoğlu deyib ki, Türkiye bu məsələdə ciddi səy göstərdi və prezident Rəcəb Tayyib Ərdoğan müharibə başladığı gündən həm atəşkəs, həm də qalıcı sülh üçün aktiv fəaliyyətlərini davam etdirdi. Təbii ki, məqsədimiz davamlı sülh və qarşılıqlı məqbul həll yoludur. İnanırıq ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Nə qədər tez olarsa o qədər yaxşı olar.

Ərzaq təhlükəsizliyi və Afrika xalqının dəstəklənməsi mövzusunda isə, Çavuşoğlu bu mövzuda ciddi problemlərlə üzləşildiyini, ərzaq və enerji təhlükəsizliyinin son dərəcə vacib olduğunu vurğulayıb.

Nazir Çavuşoğlu Afrika ölkələrinin həqiqətən daha çox gübrə və taxıl almasının vacibliyini də vurğulayıb.

Çavuşoğlu məsələ ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə danışıqları davam etdirdiklərini və Türkiyenin bu mənada Afrikaya sərbəst ixracat həyata keçirə biləcəyini bildirib.

M.Çavuşoğlu "Biz Türkiye olaraq, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə, Afrika qitəsinə çox daha çox taxıl və gübrə göndərilməsi vacibliyinə inanırıq" deyib.

Keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının Braziliyada Milli Konqres binasına daxil olması ilə bağlı sualı cavablandıran Çavuşoğlu bu vəziyyətin “həqiqətən də qəbuledilməz olduğunu” və “Türkiyeni narahat etdiyini” dilə gətirib.



Әlaqәli Xәbәrlәr