Mövlud Çavuşoğlu İsrailin xarici işlər naziri ilə telefonla danışıb

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mövlud Çavuşoğlu israilli həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

1928143
Mövlud Çavuşoğlu İsrailin xarici işlər naziri ilə telefonla danışıb

“İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkəti qəbuledilməzdir".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin yeni xarici işlər naziri Eli Koenlə telefon danışığı zamanı deyib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mövlud Çavuşoğlu israilli həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

Bildirilib ki, nazir Çavuşoğlu Fələstin məsələsi ilə bağlı Türkiyenin həssaslığını və gözləntilərini Koenə xatırladıb və bu çərçivədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ötən gün Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətini qəbuledilməz hesab etdiyini vurğulayıb.

Nazir Çavuşoğlu Əl-Əqsa məscidinin statusunun qorunub saxlanmasına verilən önəmi dilə gətirib və hər cür təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının gözlənildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa da gəliblər.



Әlaqәli Xәbәrlәr