Fatih Dönməz Bolqarıstanda görüşlər keçirib

Türkiyenin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Türkiye olaraq Xəzər regionu, Yaxın Şərq və Şərqi Aralıq dənizinin enerji ehtiyatlarını Avropaya çatdırmaq üçün infrastruktura, siyasi iradə və təcrübəyə malik olduqlarını bildirib.

1927729

Fatih Dönməz Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən paytaxt Sofiyada qəbul edilib.
Rumen Radev dünən enerji sahəsində imzalanan və Türkiyedən Bolqarıstana ildə 1,5 milyard kubmetrə qədər təbii qazın ötürəlməsini təmin edəcək  müqaviləni "tarixi" adlandırıb.
“Biz təkcə iki ölkə üçün deyil, həm də Avropadakı tərəfdaşlarımız və müttəfiqlərimiz üçün təhlükəsizlik və resurs müxtəlifliyini təmin edirik”,-deyə Rumen Radev qeyd edib.
Fatih Dönməz isə öz növbəsində deyib: “Ümid edirəm ki, bu əməkdaşlıq regionun digər ölkələri arasında yaxşı nümunə olacaq. Türkiye olaraq  Xəzər regionunun, Yaxın Şərqin və Şərqi Aralıq dənizinin ehtiyatlarını Avropaya çatdırmaq üçün infrastrukturumuz, siyasi iradəmiz və təcrübəmiz var. Təbii ki, yüksək həcmdə resurs transferi üçün yeni layihələrə ehtiyac var. Biz bu sahədə Bolqarıstanla əməkdaşlığa açığıq”. 
Fatih Dönməz bildirib ki, digər enerji sahələrində də əməkdaşlığın inkişafı üçün addımlar atıla bilər.
Qeyd edək ki, Fatih Dönməz Bolqarıstanın Baş naziri Qılıb Donev və parlamentin sədri Vejdi Rəşidovla da görüşüb.
Nazir Fatih Dönmezin bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşlərini davam etdirəcəyi gözlənilir.

Әlaqәli Xәbәrlәr