Türkiye İsraili qınadı

Türkiye İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Məsələləri üzrə  naziri İtamar Ben-Qvirin Əqsaya məscidinə etdiyi basqını narahatlıqla qarşılandığını və pisləndiyini bildirib.

1927389
Türkiye İsraili qınadı

Türkiye İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Məsələləri üzrə  naziri İtamar Ben-Qvirin Əqsaya məscidinə etdiyi basqını narahatlıqla qarşılandığını və pisləndiyini bildirib.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bu ifadələrə yer verilib:“Ben Qvirin İsrail polisinin müşaiyəti ilə Əqsa məscidinə qarşı attığı addımı narahatlıqla qarşılayırıq və pisləyirik''.
Bəyanatda İsrailə Qüdsdəki dini məkanların statusunu və müqəddəsliyini pozacaq və bölgədə gərginliyə səbəb olacaq bu cür təxribatların qarşısını alması ilə əlaqədar çağırış edilib.
Təxribatçı hərəkətləri ilə tanınan Ben-Qvir bu gün səhər saatlarında İsrail polisinin müşaiyəti ilə Əqsa məscidinə basqın edərək məscidə daxil olmuşdu.
Ben-Qvir 5 il sonra Əqsa məscidinə daxil olan ilk israilli naziri oldu.



Әlaqәli Xәbәrlәr