Mövlud Çavuşoğlu futbolçu Pelenin dəfn mərasiminə qatılacaq

Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyanın əfsanə futbolçusu Pelenin dəfn mərasiminə qatılacaq.

1926321
Mövlud Çavuşoğlu futbolçu Pelenin dəfn mərasiminə qatılacaq

Xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada prezident vəzifəsinin icrasına başlayan Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edib.

Çavuşoğlu Lulanın andiçmə mərasimində iştirak etdiyi fotonu "Twitter" hesabında paylaşaraq onu təbrik edib.

Nazir Çavuşoğlu paylaşımında "Braziliyanın yeni prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təbriklərini və xoş arzularını çatdırdıq"  ifadələrindən istifadə edib.

Bu arada Çavuşoğlu mərasim üçün Braziliyaya səfər edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenko ilə görüşüb.

Çavuşoğlu "Twitter" hesabından verdiyi açıqlamada Ukrayna Baş nazirinin müavini Sviridenko ilə 2023-cü ilin ilk ikitərəfli görüşünü keçirdiyini, Türkiyenin humanitar yardımlarını və İstanbul Taxıl Müqaviləsini müzakirə etdiklərini bildirib.

Çavuşoğlu Ştaynmayerlə görüşü ilə bağlı isə bunları deyib:

"Prezidentimizin salamlarını Almaniya prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Suriya və NATO-nun genişlənməsini müzakirə etdik".

Digər tərəfdən, xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyanın əfsanə futbolçusu Pelenin dəfn mərasiminə qatılacaq.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyeni təmsil edən nazir Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.

Çavuşoğlu bu gün Santosda keçiriləcək dəfn mərasiminə qatılacaq.

Qeyd edək ki, Pele adıyla tanınmış və futbol tarixində qeyri-adi uğur qazanan futbolçu Edson Arantes do Nasimento dekabrın 29-da San-Pauluda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr