“Birlikdə “Türkiyə əsri”ni mərhələ-mərhələ tarixə qazandıracağıq”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında 254 paylaşma ilə 2022-ci ildə Türkiyəyə göstərilən xidmətləri qiymətləndirib

1926135
“Birlikdə “Türkiyə əsri”ni mərhələ-mərhələ tarixə qazandıracağıq”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında 254 paylaşma ilə 2022-ci ildə Türkiyəyə göstərilən xidmətləri qiymətləndirib.

  Ölkədə 2022-ci ildə həyata keçirilən xidmət və layihələri 20-yə yaxın başlıq altında 254 paylaşma və şəkillərlə izah edən Ərdoğan Çanaqqala zəfərini təmsilən saat 19.15-də “Çanaqqala 1915” körpüsü, saat 20.23-də Cümhuriyyətin 100-cü ildönümünü simvolizə edən Türkiyənin elektrik avtomobili TOGG, saat 20.53-də İstanbulun fəthinin 600 illiyinə ithafən Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”dan bəhs etdi.

  Daha sonra prezident görülən bütün işlərin görüntülərinin yer aldığı videonu “Türkiyə əsri” (Türkiye Yüzyılı) mahnısı ilə paylaşıb, "2022-ci ildə gördüyümüz işlərin və xidmətlərin xülasəsi saatlara və günlərə sığmır. Ümid edirəm ki, Cümhuriyyətimizin 100-cü ilində daha çox xidmət və layihələrlə millətimizin hüzurunda olacaq, birlikdə #TürkiyeYüzyılını mərhələ-mərhələ tarixə qazandıracağıq” ifadələrini işlədib.

 



Әlaqәli Xәbәrlәr