“Biz təkcə Yeni İli qarşılamırıq, həm də … ” R.T.Ərdoğan

Sosial media hesabından paylaşdığı 2023-cü ili Yeni İl təbrikində Türkiyə prezidenti deyib...

1926022
“Biz təkcə Yeni İli qarşılamırıq, həm də … ” R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Yeni İli qarşılamaqla yanaşı, Türkiyə Cümhuriyyətinin də yeni əsrə qədəm qoyduğunu bəyan edib.

  Sosial media hesabından paylaşdığı Yeni 2023-cü il təbrikində Türkiyə prezidenti 2022-ci ili də dəyərləndirərək deyib: “Bu il ölkə daxilində şəhərsalma, ətraf mühitin təmizlənməsi və sıfır tullantı sahələrində böyük uğurlar əldə edildi.

  Türkiyə cümhuriyyət tarixinin ən böyük sosial mənzil hərəkatına başladı: 20 min sosial mənzil tamamlandı.

  Torpağa 100 min fidan əkdik, 49 milli park istifadəyə verdik ki, ümumilikdə milli bağların sayı 152-yə yüksəldi.

  310 layihənin tikinti işləri hələ davam edir.

  2030-cu ilə qədər iqlim dəyişikliyinə qarşı tullantıların azaldılması hədəfimiz 41%-ə çatdı.

  2022-ci ilin ilk 11 ayında 231 milyard dollarlıq ixracat reallaşdırdıq.

  18 ölkə ilə ticarətimizi yaxşılaşdırmaq üçün Uzaq Ölkələr Strategiyası həyata keçirdik.

  Bu gün biz təkcə Yeni İli qarşılamırıq, həm də cümhuriyyətimizin yeni əsrinə qədəm qoyuruq”.



Әlaqәli Xәbәrlәr