Mövlud Çavuşoğlu və Tobias Billström birgə mətbuat konfransında çıxış ediblər

xarici işlər naziri Tobias Billström ilə  birgə mətbuat konfransı keçirib.

1922511
Mövlud Çavuşoğlu və Tobias Billström birgə mətbuat konfransında çıxış ediblər

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rəsmi səfərdə olan İsveç xarici işlər naziri Tobias Billström ilə  birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı üçtərəfli razılaşmaya diqqət çəkərək deyib: ''Terrorçuların ekstradisiyası və terrorçuların aktivlərinin dondurulması ilə bağlı konkret addım yoxdur''.
Çavuşoğlu bildirib ki, FETÖ üzvünün (Bülent Keneş) Türkiyəyə ekstradisiyası tələbi İsveç Ali Məhkəməsi tərəfindən rədd edilib.
"Bu, çox mənfi haldır. Terrorla əlaqəsi olan şəxslərin deportasiyası ilə bağlı üçtərəfli sazişə uyğun olaraq əlavə addımların atılacağı bizim ən təbii gözləntimizdir. Bu, həm də İsveç və Finlandiyanın sazişdən irəli gələn öhdəlikləridir'',-deyə Mövlud Çavuşoğlu qeyd edib.
Billström isə öz növbəsində deyib:"Biz bu vəsiyyəti çox ciddi qəbul edirik. Biz addımlarımızı atmağa başlamışıq və davam edəcəyik. Terroru dəstəkləmək və ya təbliğ etmək artıq cinayət sayılacaq. Separatçı terror təşkilatı PKK-nın İsveç torpağında fəaliyyətinə dəstək vermək cinayət hesab olunacaq''.



Әlaqәli Xәbәrlәr