Prezident Ərdoğan: “Qadınlarımıza hər sahədə lazımlı dəstəyi veririk”

Prezident Ərdoğan İstanbulda keçirilən Qadın əməyi sammitində iştirak edib.

1920888
Prezident Ərdoğan: “Qadınlarımıza hər sahədə lazımlı dəstəyi veririk”

Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə etdiyi çıxışında qadın sahibkarlara və qadın kooperativlərinə dəstək paketini açıqlayaraq: “Qadınlara hər sahədə müsbət ayrı-seçkilik edərək, arzularına nail ola bilmələri  üçün  lazımlı dəstəyi  təmin edirik. Ölkəmizdəki bütün demokratiya və inkişaf nailiyyətlərində olduğu kimi, son 20 ildə həyata keçirdiyimiz islahatların hamısında qadınlarımız öz töhfələrini veriblər. Türkiyənin yeni əsrini qadınlarımızla  formalaşdıracayıq. açıqladığım yeni dəstək paketinin uğurlar  olması diləyir, işləyən, istehsal edən və yaxşı yaşamağa çalışan hər qadının yanında olacağımıza söz verirəm. Ailə institutunun sütunlarını təşkil edən qadınlarımız istehsalla yanaşı, siyasətdə də varlığını və fəallığını artırmalıdılar. Çünkü güclü ailə olmazdan güclü millət olmaz” –deyə prezident  vurğulayıb.



Әlaqәli Xәbәrlәr