Türkiyə prezidenti Argentina ilə Fransa arasındaki final matçını izləyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022 FİFA Dünya Çempionatının bağlanış mərasimində iştirak etmək üçün Qətərə gedir

1920260
Türkiyə prezidenti Argentina ilə Fransa arasındaki final matçını izləyəcək

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022 FİFA Dünya Çempionatının bağlanış mərasimində iştirak etmək üçün Qətərə gedir.

  Qətər əmiri Şeyx Təmim ibn Həməd əl-Taninin dəvəti ilə paytaxt Dohaya səfər edən Ərdoğan Dohada keçiriləcək 2022 FİFA Dünya Çempionatının Bağlanış Mərasimində iştirak edəcək və Argentina ilə Fransa arasındaki final matçını izləyəcək.

  Xatırladaq ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatında dekabrın 18-də qalib məlum olacaq. Həlledici görüşdə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. “Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.

  Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə futbol üzrə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

  Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub.



Әlaqәli Xәbәrlәr