Prezident Ərdoğan Silivri Təbii Qaz Anbarı Təsisatının açılışında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Silivri Yeraltı Təbii Qaz Anbarı Təsisatının açılışında çıxış edib.

1920025
Prezident Ərdoğan Silivri Təbii Qaz Anbarı Təsisatının açılışında çıxış edib
silivri dogal gaz depo.jpg
erdogan.jpg

"Türkiye sahib olduğu üstünlüklərlə dünyanın aparıcı enerji ticarət mərkəzlərindən birinə çevrildi".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Silivri Yeraltı Təbii Qaz Anbarı Təsisatının açılışı zamanı deyib.

Silivri Yeraltı Təbii Qaz Anbarının tutumunun 4,6 milyard kubmetrə çatdığını vurğulayan Ərdoğan deyib:

“Bugünkü açılışla Silivri Avropanın ən böyük yeraltı qaz anbarına çevrildi. Ankara Duz gölündə tutumun genişləndirilməsi işləri başa çatdıqda, orada da oxşar səviyyəyə çatacağıq”. 

Ərdoğan son vaxtlar Türkiyedə neft kəşflərinə də toxunaraq deyib ki, gündəlik neft hasilatımızı ən qısa zamanda 100 min barrelə çatdıracağıq, sonra isə daha çox kəşfiyyat və hasilat üçün yolumuza davam edəcəyik. Türkiye üstünlükləri ilə dünyanın aparıcı enerji ticarət mərkəzlərindən birinə çevrilib. Məqsədimiz ölkəmizi təbii qazın istinad qiymətinin ən qısa zamanda müəyyən edildiyi qlobal mərkəzə çevirməkdir və bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə mühüm görüşlər keçirdik.

Orta Asiya və Aralıq dənizində baş verən yeni hadisələrə və Türkiyenin Liviya ilə razılaşmasına toxunan dövlət başçısı Ərdoğan enerji sahəsində yeni qazanclar əldə etmək üçün ciddi səy göstərdiklərini bildirərək onu da əlavə edib ki, dünən bizimlə iş görənlər bu gün əməkdaşlıq üçün qapımıza gəlir. Əminik ki, bu gün bizimlə məşğul olanların sabah bizim dostluğumuza ehtiyacı olacaq. Millətimizi Tükiyenin yeni əsrinə hazırlamağa davam edirik.



Әlaqәli Xәbәrlәr