Türkiye Konqo Demokratik Respublikasına başsağlığı verdi

Türkiye Xarici İşlər Nazirliyi Konqo Demokratik Respublikasında (KDR) daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar bu ölkəyə  başsağlığı verib.

1919000

Nazirlikdən verilən açıqlamada deyilir: ''Konqo Demokratik Respublikasında baş verən daşqınlar nəticəsində çox sayda adamın öldüyü  ilə bağlı xəbər bizi kədərləndirib. Təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə, dost Konqo Demokratik Respublikası xalqına və hökumətinə başsağlığı verir, yaralılara  şəfa diləyirik”. 
Qeyd edək ki, Konqo Demokratik Respublikasının paytaxtı Kinsaşada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 120 nəfər həyatını itirib.
Daşqınlar nəticəsində paytaxt Kinsaşadakı küçələr su altında qalıb, çox sayda  ev dağılıb, şəhərin bir sıra məhəlləsində torpaq sürüşməsi baş verib.

Әlaqәli Xәbәrlәr