Rəcəb Tayyib Ərdoğan Türkmənistanda səfərdədir

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının I zirvə toplantısında iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə səfər edib.

1918530
Rəcəb Tayyib Ərdoğan Türkmənistanda səfərdədir

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının I zirvə toplantısında iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə səfər edib.
Prezident Ərdoğanı və onu müşayiət edənləri daşıyan “TUR” təyyarəsi yerli vaxtla saat 21:15-də Türkmənbaşı Beynəlxalq Hava Limanına eniş edib.

Türkiye Prezidentini hava limanında xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönmez, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral və digər rəsmi şəxslər qarşılayıblar.
Ərdoğan daha sonra zirvənin keçiriləcəyi və  ''turizm bazası” adlandırılan  Avaza bölgəsinə keçib.

Prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, ticarət naziri Mehmet Muş, Ədalət və İnkişaf Partiyasının  sədr müavini və partiya sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının Müdafiə Sənayesi sədri İsmail Dəmir, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın müşayiət edirlvər.

Prezident Ərdoğan zirvə toplantısı çərçivəsində türkmənistanlı və azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. Tərəflər həmçinin nümayəndə heyətləri arasında baş tutacaq görüşlərə sədrlik edəcəklər.

Üç dost və qardaş ölkə arasında ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı görüş münasibətilə müxtəlif sazişlər imzalanacaq.



Әlaqәli Xәbәrlәr