Şimali İraqda daha 4 terrorçu təslim olub, 3 terrorçu da məhv edilib

Türkiye Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda tələyə saldığı separatçı terror təşkilatı PKK üzvü 4 terrorçu təslim olub.

1917670
Şimali İraqda daha 4 terrorçu təslim olub, 3 terrorçu da məhv edilib

Milli Müdafiə Nazirliyi (MMN) havadan dəstəkli əməliyyat zamanı tələyə düşən terrorçuların təslim olduğu anların görüntülərini paylaşıb.

MMN-nin “Twitter” hesabında paylaşılan açıqlamada: “Terrorçular qəhrəman əsgərlərimizin əlindən qaça bilməyəcəklər. Onlar üçün xilas olmağın yolu Türkiye ədalətinə təslim olmaqdır. İraqın şimalında havadan dəstək verilən əməliyyatda komandolarımızın əlindən xilas ola bilməyəcəklərini idrak edən PKK üzvü 4 terrorçu belə təslim oldu. Onlarla birlikdə 4 ədəd AK-47 piyada tüfəngi və tapançaya aid 600 güllə, 10 əl qumbarası, radio və snayper dürbünləri də ələ keçirilib. Əməliyyatı uğurla həyata keçirən Mehmetçimizi təbrik edir, onlara xeyirli və uğurlu missiyalar arzulayırıq”, - deyə açıqlamada bildirilib.

Nazirliyin başqa bir açıqlamasında isə Suriyanın şimalında yerləşən “Sülh burağı” ərazisinə hücuma hazırlaşan PKK/YPG mənsubu 3 terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.  



Әlaqәli Xәbәrlәr