Ərdoğan rusiyalı həmkarı Putinlə danışdı

Dekabrın 11-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub

1917407
Ərdoğan rusiyalı həmkarı Putinlə danışdı

 

  Dekabrın 11-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər Rusiya-Ukrayna müharibəsinin həlli yolları, ikitərəfli əlaqələr, taxıl sazışi, Türkiyə-Rusiya münasibətləri, enerji problemi, terrorla mübarizə və regional məsələlər müzakirə edilib.

  Rusiyalı həmkarı ilə telefon danışığında R.T.Ərdoğan deyib: “13 milyon tondan çox taxılın ehtiyacı olanlara birgə səylərlə çatdırılmasını təmin etdik. Taxıl dəhlizi çərçivəsində müxtəlif ərzaq məhsulları və tədricən digər malların ixracı üzərində də işə başlaya bilərik.

  Rusiya ilə Ukrayna arasında müharibənin tez bir zamanda dayandırılmasını istəyirik.

  PKK/YPG/PYD-nin Suriyanın şimalında separatçı fəaliyyətləri və Türkiyəni hədəf alan terror hücumları davam edir. 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, ilk növbədə, sərhəd boyu ən azı 30 kilometrə qədər terrorçuların təmizlənməsi vacib və əhəmiyyətli prioritetlərimizdən biridir”.



Әlaqәli Xәbәrlәr