"Türkiye xarici siyasətində "Yurdda sülh, cahanda sülh" şüarını mənimsəyib", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq münasibətlərin və gündəmin sürətlə dəyişdiyini bəyan edərək, bu dəyişikliklərlə ayaqlaşmağın lazım olduğunu bildirib.

1916977

İstanbul Texniki Universitetində (İTU) keçirilən konfransda çıxış edən Mövlud Çavuşoğlu təşəbbüskar və humanist xarici siyasəti üçün meydanda və masa arxasında güclü olmağın zəruri olduğunu, Türkiyenin xarici siyasətdə “Yurtda sülh, dünyada sülh"” prinsipini mənimsədiyini bildirib.

Beynəlxalq münasibətlərin və gündəmin sürətlə dəyişdiyini vurğulayan Çavuşoğlu bu dəyişikliklərlə ayaqlaşmağın vacibliyini dilə gətirib.

Vasitəçilikdə brend halına gələn Türkiyenin müxtəlif coğrafiyalarda bu rolu üzərinə götürdüyünü vurğulayan Çavuşoğlu Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi və əsir mübadiləsinin Türkiyenin vasitəçiliyi sayəsində olduğunu xatırladıb.

Çavuşoğlu nəqliyyat və enerji dəhlizlərində əlaqələr qurduqlarını, müasir İpək Yolunu bərpa etdiklərini, Orta Dəhlizə fəallıq qazandırdıqlarını deyib.

Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra türk dünyasında inam yaranıb: "Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasına çalışırıq. Azərbaycan və Özbəkistanla da əməkdaşlıq davam edir”.

Әlaqәli Xәbәrlәr