Mövlud Çavuşoğlu: ''Qərbi Trakyadakı türkləri heç vaxt tək qoymayacağıq''

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Trakya türklərini heç vaxt tək qoymayacaqlarını bildirib.

1916665
Mövlud Çavuşoğlu: ''Qərbi Trakyadakı türkləri heç vaxt tək qoymayacağıq''

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Trakya türklərini heç vaxt tək qoymayacaqlarını bildirib.
Nazir Mövlud Çavuşoğlu paytaxt Ankarada Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının üzvlərini qəbul edib.
Görüşlə bağlı internet səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu deyib:"Yunanıstan Lozanna müqaviləsini və soydaşlarımızın hüquqlarını pozmaqda israrlıdır. Biz Qərbi Trakyadakı türkləri heç vaxt  tək qoymayacağıq!" .
Mövlud Çavuşoğlu Yunanıstanın Qərbi Trakyadakı türk azlığının “türk” kimliyini tanımadığını diqqətə çatdırıb.
Yunanıstanın türk azlığına aid məktəblər, vəqflər, dərnək adlarında türk sözünün işlədilməsinə icazə vermədiyini qeyd edən Mövlud Çavuşoğlu rəsmi Afinanın da türk azlığının birləşmək azadlığını pozduğunu vurğulayıb.
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Yunanıstanı bu pozuntulara görə üç dəfə məhkum etdiyini xatırladan Mövlud Çavuşoğlu Afina rəhbərliyinin AİHM-in qərarlarına təxminən 15 ildir əməl etmədiyini vurğulayıb.
Mövlud Çavuşoğlu deyib: "Yunanıstan türk azlığın öz dini nümayəndələrini seçməsinə icazə vermir. Yunanıstanın yeni Müftilik Qanunu 1923-cü il Lozanna Sülh Müqaviləsi ilə üst-üstə düşmür  və türk azlığını əsas  hüquqlarından məhrum edir. Yunanıstan Qərbi Trakyadakı türk vəqflərini müsadirə edir''.
Yunanıstanın son 15 ildə 90-dan çox türk azlığına aid ibtidai məktəbi bağladığına diqqət çəkən Mövlud Çavuşoğlu yeni məktəblərin açılmasına da icazə vermədiyini bildirib.



Әlaqәli Xәbәrlәr