Mövlud Çavuşoğlu: ‘‘Türkiye qlobal diplomatiyanın ən etibarlı aktyorlarından biridir’’

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyenin  ümid verən ölkələrdən biri olduğunu və qlobal diplomatiyanın ən etibarlı aktyorlarından birinə çevrildiyini bildirib.

1915307

Mövlud Çavuşoğlu paytaxt Ankarada Hacı Bayram Vəli Universitetində “Türkiyənin təşəbbüskar və humanist xarici siyasəti” mövzusunda keçirilən konfransın açılışında çıxış edib.

Bu gün dünyada ciddi problemlər, böhranlar, müharibələr olduğunu deyən Mövlud Çavuşoğlu müharibə və qarşıdurmaların 60 faizinin Türkiyenin yaxın coğrafiyasında olduğuna diqqət çəkib.

Mövlud Çavuşoğlu qeyd edib ki, müasir dünyada təkcə ideya və iqtisadi fəaliyyətlər deyil, həm də təhdidlər qlobal xarakter alıb, qarşıdurmalar, enerji və ərzaq böhranı, terrorizm, iqlim dəyişikliyi, ksenofobiya, islamofobiya və qeyri-qanuni miqrasiya yaşanan problemlərdəndir.

Mövlud Çavuşoğlu artan beynəlxalq rəqabətin ortaq həll yollarının tapılmasını çətinləşdirdiyinə, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatların qlobal problemlərin həllində yetərsiz olduğuna diqqət çəkib.

"Belə çətin dövrdə  istiqamət verəcək və liderlik edəcək qüvvələrə ehtiyac var. Bu gün fəxrlə demək istərdim ki, bu qüvvələrin başında Türkiyə dayanır",-deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Әlaqәli Xәbәrlәr