İnsan Resursları Forumu öz işinə başlayıb

Prezident Rəcəb Tayyıb Ərdoğan İstanbulda keçirilən İnsan Resursları Forumuna yazılı məsaj ünvanlayıb.

1914885
İnsan Resursları Forumu öz işinə başlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres mərkəzində Prezident yanında İnsan Resursları İdarəsi tərəfindən “Yeni əsrin istedad mərkəzi” mövzusunda təşkil edilən İnsan Resursları Forumuna yazılı məsaj ünvanlayıb.

Prezident: “Türkiye olaraq, imkan bərabərliyi, şəffaflıq, hesabatlılıq, innovasiya və ləyaqət kimi dəyərlərə əsaslanan insan resursları mədəniyyətini dövlət və özəl sektorumuzda yerləşdirməyə çalışırıq. Son 20 ildə demokratiya, əsas hüquq və azadlıqlar, infrastruktur qoyuluşlar ilə rəqəmsallaşma sahələrində atdığımız addımlarla təqdirə şayan irəliləyiş əldə etdik. Ölkə daxilində heç bir vətəndaşın inancından, düşüncəsindən, mənşəyindən asılı olmayaraq marginallaşdırılmadığı, ayrı-seçkiliyə məruz qalmadığı, arzuları istiqamətində uzanan yolda süni maneələrlə qarşılaşmadığı bir mühit yaratdı. Prezidentlik Hökümət Sistemi ilə ölkənin insan resurslarının daha yaxşı idarə olunması baxımından institusional potensialını daha da gücləndirdik. Vətəndaşlarımızın bacarıq və səriştələrini daha da irəli aparacaq əlçatan insan resursları modelini bərpa etdik. Türkiyenin yeni əsrinə baxışımız çərçivəsində bu modelin effektivliyini artırmağı hədəfləyirik. Dünyanın müxtəlif ölkələrindən 3 mindən çox iştirakçını bir araya gətirən və beynəlxalq səviyyədə təcrübəyə malik olan qurum inanıram ki, məlumat və biliklərin paylaşılmasına imkan yaradaraq sözmövzusu səylərimizə töhfə verəcək”- prezident vurğulayıb.



Әlaqәli Xәbәrlәr