Türkiyə İsraili qınadı

Türkiyə Xarici İşlər Nazirliyi İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı yazılı bəyanat paylaşıb...

1914298
Türkiyə İsraili qınadı

 

  Türkiyə Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son günlər artan zorakılıq və mülki vətəndaş itkilərindən dərin narahatlıq duyduğunu bildirərək məhkəməsiz qətlləri kəskin şəkildə qınayıb.

  Xarici İşlər Nazirliyi İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı yazılı bəyanat paylaşıb: "Biz Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son zamanlar artan zorakılıqlardan və mülki insanların itkisindən çox narahatıq və məhkəməsiz qətlləri qətiyyətlə pisləyirik. İsrail hakimiyyətini bölgədə gərginliyin daha da artmasının və həyat itkisinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq.

  Fələstin dövləti və xalqına başsağlığı verir, hadisələrdə həyatını itirən fələstinlilərə Allahdan rəhmət diləyirik”.



Әlaqәli Xәbәrlәr