Hulusi Akar vә Loyd Ceyms Austin arasında telefon danışığı olub

Türkiyenin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Loyd Ceyms Austin ilə telefon əlaqəsi saxlayıb.

1913150
Hulusi Akar vә Loyd Ceyms Austin arasında telefon danışığı olub

Türkiyenin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Loyd Ceyms Austin ilə telefon əlaqəsi saxlayıb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Görüşdə Türkiyə və ABŞ-ın iki mühüm müttəfiq olduğunu vurğulayan Hulusi Akar terrorla mübarizə əməliyyatlarının Birləşmiş Millətlər Təşkilatının müqaviləsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqları çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Terrorla mübarizədə əməkdaşlıq və həmrəyliyin regional və qlobal sülh və təhlükəsizliyə töhfə verəcəyini bildirən Türkiyenin milli müdafiə naziri bu çərçivədə Türkiyənin DEAŞ və bütün digər terror təşkilatlarına qarşı əməkdaşlığa hazır olduğunu bildirib.

Nazir Hulusi Akar həmçinin  terrorla mübarizə əməliyyatlarında yeganə hədəfin terrorçular olduğun qeyd edib.



Әlaqәli Xәbәrlәr