Türkiye MN Suriyanın şimalında həyata keçirilən əməliyyatalara dair açıqlama verib

Suriyanın şimalında "Sülh çeşməsi" və "Zeytun budağı" antiterror əməliyyatlarının həyata keçirildiyi bölgələrdə hücuma hazırlaşan PKK/YPG-dən 14 terrorçu zərərsizləşdirilib.

1911829

Bununla bağlı Türkiye Milli Müdafiə Nazirliyinin sosial media hesablarından verilən açıqlamada deyilib:,

"Məqsədi Suriyanın şimalında qan tökmək, yerli xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq olan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir. "Sülh çeşməsi" və "Zeytun budağı" antiterror əməliyyatlarının həyata keçirildiyi bölgələrdə hücuma hazırlaşan daha 14 PKK/YPG terrorçusu zərərsizləşdirilib”. 

Digər tərəfdən, Türkiye Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat Qalxanı", "Zeytun Budağı" və "Sülh çeşməsi" antiterror əməliyyatları ilə 6 ildə 16 min 913 terrorçunu zərərsizləşdirib.

Әlaqәli Xәbәrlәr