Rәcәb Tayyib Әrdoğan vә Şahbaz Şәrif birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Pakistanın terrorla mübarizəsini dəstəkləyirik. Pakistanın kədərini öz kədərimiz, sevincini öz sevincimiz, uğurunu da öz uğurumuz hesab edirik".

1911251
Rәcәb Tayyib Әrdoğan vә Şahbaz Şәrif birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Pakistanın terrorla mübarizəsini dəstəkləyirik. Pakistanın kədərini öz kədərimiz, sevincini öz sevincimiz, uğurunu da öz uğurumuz hesab edirik".
Prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif  təkbətək və nümayəndə heyətləri arasında baş tutan görüşlərdən sonra birgə mətbuat konfransında çıxış ediblər.
Çıxışına Pakistanın Baş naziri Şahbaz Şərif və onu müşayiət edən heyətə “Xoş gəlmisiniz” deyərək başlayan Rəcəb Tayyib Ərdoğan Pakistan üçün MİLGEM layihəsi çərçivəsində inşa etdikləri  üçüncü gəmini dənizə endirdiklərini söyləyib.
Pakistanın türk xalqının qəlbində hər zaman xüsusi yeri olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "Ölkələrimiz və xalqlarımız arasında, xüsusən də çətin anlarda göstərilən həmrəylik və qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Həyata keçirilən son terror aktları nəticəsində həyatını itirən hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət diləyirəm. Bir daha Pakistanın terrora qarşı apardığı mübarizəni dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz həmişə Pakistanın kədərini öz kədərimiz, sevincini öz sevincimiz, uğurunu da öz uğurumuz hesab etmişik''.
''Bu səbəbdən ötən aylarda baş verən sel fəlakətində bütün imkanlarımızla dərhal pakistanlı qardaşlarımızın yanında olduq'' deyən Rəcəb Tayyib Ərdoğan yaratdıqları hava körpüsü və dəmir yolu ilə təbii fəlakətin yaşandığı bölgəyə humanitar yardım göndərdiklərini deyib.

Prezident Ərdoğan Türkiye və Pakistan xalqları arasındakı qardaşlıq bağlarından aldıqları güc və ilhamla əlaqələri hər sahədə inkişaf etdirmək üçün səylərini davam etdirdiklərini söyləyib.
Türkiye Prezidenti bildirib ki, Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub, həmçinin ümumi gündəliyin mühüm regional və beynəlxalq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Qardaş Pakistan və Can Azərbaycanla üçtərəfli formatda əməkdaşlığımız da sürətlə inkişaf edir. Ortaq dəyərləri bölüşən Türkiyə və Pakistan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar kimi regional və beynəlxalq platformalarda həmrəylik içində hərəkət edir'',- deyə Türkiye Prezidenti vurğulayıb.

Pakistanın baş naziri Şahbaz Şərif isə öz növbəsində İstanbulda törədilən terror aktı nəticəsində həyatını itirənlər ilə əlaqədar türk xalqına başsağlığı verib. 
Şahbaz Şərif deyib: ''Bu hadisə bizi dərindən sarsıtdı. Hamınızın kədərini bölüşürük.Terrorun öhdəsindən gəlmək üçün hər cür dəstəyi verməyə hazırıq''.



Әlaqәli Xәbәrlәr