Hulusi Akar: "Əməliyyatın başladığı gündən indiyə kimi 184 terrorçu zərərsizləşdirilib"

Milli müdafiə naziri Hulusi Akar İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı “Pəncə-Qılınc” antiterror əməliyyatının başladığı gündən indiyə kimi qurudan və havadan 184 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1909113

Nazir H.Akar ordunun fəaliyyətlərinin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorun mənbəyində məhv edilməsi göstərişi çərçivəsində həyata keçirildiyini qeyd edib. Hulusi Akar Türkiye Silahlı Qüvvələrinin qarşısına çıxa bilməyən terrorçuların qorxaqcasına cəhdlər etdiyini vurğulayıb: “Çaxnaşma və qorxu içindədirlər. Terror təşkilatı PKK/YPG-nin dağılmasının davamlı olması üçün lazım olanı etməyə davam edirik”.

"Biz deyirik ki, indi haqq-hesab vaxtıdır. Onların əvvəllər etdikləri ilə yanaşı, keçən həftə Beyoğluda və bu gün də (21 noyabr) sərhəd xəttində Öncüpınar və Karkamışda törətdikləri bütün çirkin əməllərin hesabını soracağıq. Bunların hesabını verəcəklər. Şəhidlərimizin və mülki vətəndaşlarımızın qanının hesabını sormağa davam edəcəyik.

"Pəncə-Qılınc" antiterror əməliyyatının başlanğıcından bu günə qədər 184 terrorçu qurudan və təyyarələrlə zərərsizləşdirilib. Bu sayın daha da artacağını düşünürük. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Türkiye Silahlı Qüvvələri həm fəaliyyətlərin planlaşdırılmasında, həm də icrasında mülki insanlara, ətraf mühitə, tarixi, mədəni və dini strukturlara zərər verməmək üçün heç bir ordunun göstərmədiyi həssaslığı göstərir. Türk ordusu bütün bu həssaslıqlara uyğun olaraq edilməsi lazım olan hər şeyi edəcək”, -deyə Hulusi Akar vurğulayıb.

Әlaqәli Xәbәrlәr