İnandırma səyləri nəticəsində daha bir terrorçu təslim olub

Separatçı terror təşkilatı PKK-dan inandırma cəhdləri nəticəsində qaçaraq təslim olan terrorçunun ailəsinin Diyarbəkirdə davam edən "Övlad keşiyi"ndə olduğu bildirilib.

1908759

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən nazirliyin koordinasiyasında göstərilən inandırma səyləri nəticəsində separatçı terror təşkilatı PKK-dan qaçan daha bir terrorçunun ölkəyə daxil olaraq təhlükəsizlik qüvvələrinə təslim olub.

Açıqlamada təslim olan təşkilat üzvünün 2013-cü ildə terror təşkilatına qoşulduğu, Suriya və İraqda fəaliyyət göstərdiyi, axtarılan terrorçular siyahısında “boz kateqoriya”da yer aldığı bildirilib. Ailəsinin də Diyarbəkirdə davam edən oturaq aksiyasında (övlad keşiyi) olduğu qeyd edilib. 

Açıqlamada təslim olan təşkilat üzvü ilə "övlad keşiyi"ndə 39-cu görüşün baş tutacağı və inandırma cəhdləri nəticəsində 2022-ci ildə təslim olan təşkilat üzvlərinin sayının 109-a yüksəldiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr