“Əməliyyat buna uyğun həyata keçirildi”, H.Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ölkəmizin və millətimizin əmin-amanlığını təhlükəyə atmaq istəyənlərin hesabını soruşduq və soruşmağa davam edəcəyik” dedi

1908323
“Əməliyyat buna uyğun həyata keçirildi”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ölkəmizin və millətimizin əmin-amanlığını təhlükəyə atmaq istəyənlərin hesabını soruşduq və soruşmağa davam edəcəyik” dedi.

  İraq və Suriyanın şimalında yerləşən və terrorçular tərəfindən baza kimi istifadə edilən yerlərə təşkil edilən Pəncə-Qılınc Hava Hərəkatına nəzarət olunan paytaxt Ankaradakı Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzindəki komandirlərə baş çəkən H.Akar sözügedən mövzu ilə bağlı deyib: "Terrorçuların hinləri, mağaraları başlarına yıxıldı.  

  Türkiyə Silahlı Qüvvələrimizin pəncəsi yenidən terrorçuların təpəsində oldu.

  Məqsədimiz 85 milyon vətəndaşımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək və ölkəmizə qarşı hər hansı xain hücumun əvəzini çıxmaqdır.

  Gecə yarısından İraq və Suriyanın şimalında terror hədəflərinə qarşı həyata keçirilən əməliyyat diqqətlə planlaşdırılmışdı və uğurla həyata keçdi.

  Türkiyə Silahlı Qüvvələri həmişə olduğu kimi, istər bu əməliyyatın planlaşdırılmasında, istərsə də icrasında günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirləri gördü və əməliyyatı buna uyğun həyata keçirdi.

  Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar böyük müvəffəqiyyətlə dağıdıldı. Bunları yaxından izlədik. Terror təşkilatının qondarma qərargahı da birbaşa zərbələrlə vurularaq dağıdılıb. Yalnız terrorçular və onlara məxsus yerlərə hücum edilib.

  40 ildir ölkəmizi və millətimizi bürüyən terror bəlasından biz ölkəmizi və millətimizi xilas etmək əzmində qərarlıyıq və bunu bacarırıq.

  Biz şəhidlərimizin, günahsız insanların qanını heç vaxt yerdə qoymamışıq, qoymuruq, qoymayacağıq!

  Soylu millətimizin qoynundan çıxan Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən ölkəmizin və millətimizin təhlükəsizliyinə qarşı olanlardan bu günə kimi hesabat soruşduq və soruşmağa davam edəcəyik. "



Әlaqәli Xәbәrlәr