Rəcəb Tayyib Ərdoğan və Binyamin Netanyahu arasında telefon danışığı olub

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

1907626
Rəcəb Tayyib Ərdoğan və Binyamin Netanyahu arasında telefon danışığı olub

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan Likud Partiyasının sədri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumata əsasən, Binyamin Netanyahu söhbət zamanı İstanbulda törədilən terror aktı ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib.
Benyamin Netanyahu Türkiyənin Rusiya və Ukrayna rasında həyata keçridiyi vasitəçiliyin dünya üçün önəmli olduğunu vurğulayıb. 
Türkiyə Prezidenti isə öz növbəsində başsağlığına görə, Binyamin Netanyahuya təşəkkür edib və iki gün əvvəl İordan çayının qərb sahilində baş verən hadisələrə görə kədərləndiyini ifadə edib.
Rəcəb Tayyib Ərdoğan İsraildə keçirilən seçkilərin nəticələrinin ölkə və bölgə üçün düşərli olmasını arzuladığını bildirib.
Türkiyə-İsrail münasibətlərində hər iki tərəfin güclü iradəsi sayəsində yeni bir dövrə qədəm qoyduqlarını ifadə edən Prezident Ərdoğan, həssas məsələlərə diqqət edərək, qarşılıqlı maraqlar əsasında münasibətlərin davam etdirilməsinin ortaq mənafeyə uyğun olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr