Terror əmri Suriyadan gəlib

Onun dindirilməsi zamanı PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda hərəkət əmri aldığı müəyyən edilib

1906147
Terror əmri Suriyadan gəlib

 

  İstanbulun İstiqlal küçəsində bombalı hücumu törədən terrorçu separatçı terror təşkilatı PKK/PYD/YPG ilə əlaqəsini etiraf edib.

  6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı geniş miqyaslı tədqiqata başlayan təhlükəsizlik qüvvələri və polis terrorçunun tutulması üçün əməliyyat keçirib.

  Bomba qoyduğu müəyyən edilən qadın nəzarətə götürülüb.

  Terrorçu ilə əlaqədə olduğu müəyyən edilən 21 ünvanda həyata keçirilən əməliyyatlarda 46 nəfər tutularaq saxlanılıb.

  Sorğu-suallar nəticəsində hadisəni törədən Suriya əsilli Əhləm Əlbəşir adlı terrorçu yaxalanıb. Onun dindirilməsi zamanı PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda hərəkət əmri aldığı müəyyən edilib.

  Qadın terrorçu PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi təlim keçib, hərəkətə keçmək üçün Afrin-İdlib vasitəsilə Türkiyəyə qeyri-qanuni yollarla daxil olub.

  İstanbul Təhlükəsizlik İdarəsi (EGM) Cinayət bölümü hücumda istifadə edilən partlayıcının TNT olduğunu müəyyən edib.

  Hadisə ilə bağlı başlanan araşdırmalar çoxşaxəli şəkildə sürməkdədir.



Әlaqәli Xәbәrlәr