“Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, əksinə…" S.Soylu

Gecə saatlarında hücumun baş verdiyi ərazidə olan daxili işlər naziri Süleyman Soylu hücumu törədən adamların separatçı terror təşkilatı PKK/PYD üzvləri olduğunu söyləyərək deyib...

1906139
“Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, əksinə…" S.Soylu

 

  İstanbulun Beyoğlu səmtində Taksim İstiqlal küçəsində törədilən bombalı hücumda 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.

  Bölgədə aparılan araşdırmalardan sonra açıqlama verən ölkənin vitse-prezidenti Fuat Oqtay partlayışda 6 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 81 nəfərin yaralandığını bildirib.

  Gecə saatlarında hücumun baş verdiyi ərazidə olan daxili işlər naziri Süleyman Soylu hücumu törədən adamların separatçı terror təşkilatı PKK/PYD üzvləri olduğunu söyləyərək deyib: “Bombanı atan İstanbul təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Bundan əvvəl daha 21 nəfər saxlanılıb.

  Terrorçular tutuldu. Biz onları tutmasaydıq, bu gün qaçaq yolla Yunanıstana keçəcəkdilər.

  Terrorçu ilə birlikdə bu hadisəni quran təşkilatı üzvləri bəlkə də üzülüəcək, çünki “onu öldür” deyəni də yaxaladıq.

  Bizə hansı mesajın verildiyini çox yaxşı bilirik. Aldığımız bu mesaja çox güclü bir cavab verəcəyik.

  Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, əksinə rədd edirik."

  Bu arada, səhiyyə naziri Fəxrəddin Koca sosial media hesabından partlayışda yaralanan 81 nəfərdən 55-nin evə buraxıldığını, müalicəsinin davam etdiyi 26 nəfərdən 2-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr