İstanbul Hava Limanı uçuş sayına görә Avropada lider olub

Türkiyənin İstanbul Hava Limanı gündəlik 1232 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

1905301
İstanbul Hava Limanı uçuş sayına görә Avropada lider olub

Türkiyənin İstanbul Hava Limanı gündəlik 1232 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

Bu barәdә Mülki Aviasiya Baş İdarəsinin (SHGM) Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı hesabata istinadәn rәsmi internet səhifəsində verdiyi açıqlamada bildirilib.

Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı hesabata görә, İstanbul Hava Limanı 2022-ci ilin 3-9 tarixlәrindә 1232 uçuş hәyata keçirmәklә Avropada lider olub. Hesabatda bildirilir ki, hava limanından gündəlik olaraq ən çox uçuş həyata keçirən “Türk Hava Yolları” şirkəti olub.

İstanbul Hava Limanından sonra gündәlik  1157 uçuş hәyata keçirәn London Hitrou Hava Limanı ikinci, Paris Şarl de Qoll Hava Limanı isə üçüncü yerdə qәrarlaşıb.



Әlaqәli Xәbәrlәr